İlahi xəlq eliyən dəhr xanimanə bəla
İlahi xəlq eliyən dəhr xanimanə bəla.
Xələl gələr deyə, bəhs etmişik zəmanə bəla. İman edən ürəyin eşqdən artıq nəyi var? Allah görüb nəyi qəlbimdə saldı canə bəla? Sən istə səcdə edim, baş əyim nökərlik edim, Mən istəsəm, mənə Sənnən gələr bəla, nə bəla! Demə Xuda qəmi möhnət verər hənif quluna, Ürək də həzm eləmir heç bucür bəhanə bəla. Sınaqda bəxti gülən var sürər səfalı həyat, Mənim bu bəxtimə bax, düşdü imtəhanə bəla. Anar üzün kimə tutsun bəlanı yan eləsin, İlahi rəhm elə, Sənsən verən yeganə bəla. Müəllif: Anar Əhəd |