Yox silsiləsiynən gedirik gerçəyi yoxdur
Ruh yoxdu, nəmaz yoxdu, qadın örpəyi yoxdur,
Yox silsiləsiynən gedirik gerçəyi yoxdur. Ey örpəyə yoxdur deyən insan məni dinlə! Ondan sora hökm et nəyi vardır, nəyi yoxdur. Qar çöldə topuqdan yığılıb çəkməni gey gəl. Örnək verirəm cümləni pis bir şeyi yoxdur. Bir çəkmə ayaqçun yaranır bəlli deyilmi? Həmçin başı örtən xumurun örnəyi yoxdur. Əqlin düşünəndir axı cüt göz ki deyildir, Göz səhvi deyim şərhinə, həm eynəyi yoxdur! Kim ayəni şərh eyləsə Allah deyən olsun, Bundan savayı könlümüzün istəyi yoxdur. Nolsun ki ərəb dildə bizim təhsilimiz yox, Zənn eyləmə heç vaxt Anarın dəstəyi yoxdur. Müəllif: Anar Əhəd |