Dəyişməyən düşüncələr tənəzzülün ifadəsi
Dəyişməyən düşüncələr tənəzzülün ifadəsi.
Təkamülün yönün tutan açan gülün ifadəsi. Təfəkkürün zəhər edən, təfəhhüsün ölüb gedib. Məzar olan təfəhhümün təsahülün ifadəsi. Araşdırıb düşünmədən müsəlmanam desən belə, Hər etdiyin ibadətin təamülün ifadəsi. Sual edin cavab alın, araşdırın çəkinməyin. İlahinin mələkləri bu müşkülün ifadəsi. Həqiqətən bu gün ki din müsəlmanın tənəzzülü, Xiristiyan təkamülü təəmmülün ifadəsi. Qulaq sıxıb eşitməyim, yumum gözüm görünməsin, Uzaq durum, gərək olum təcahülün ifadəsi. Cəhalətin qəmin çəkib üzülməyin əbəs, Anar! Dağın kökün dağıdmağın təxəyyülün ifadəsi. Müəllif: Anar Əhəd |