Allah, daha öz mərhəmətinnən mənə vermə!
Allah, daha öz mərhəmətinnən mənə vermə!
Zalım elə, zalım cəhətinnən mənə vermə! Əxlaqla vuruşmaq yaramır zalim önündə, Qüdrət mənə ver, mə’rifətinnən mənə vermə! Qüdrət dediyim hər şeyə qadir ola bilmək. Haqq ayə nişan, məsləhətinnən mənə vermə! Xatırla Süleyman Sənə hacət diləmişdi, Qoy fərqini, şah səltənətinnən mənə vermə! Al hacəti, şiddətli qəzəb qüdrətə qat ver, Bu cəngidə rəhmin sifətinnən mənə vermə! Ya var elə, ya yox elə, bir yox kimi amma, Var eyləyərək axirətinnən mənə vermə! İnsan oxuyub anlamasa şe’rimi hərgah, Söylər Anarın aqibətinnən mənə vermə! Müəllif: Anar Əhəd |