Dinimin taciri çox, mərhuma Yasin oxuyar
Dinimin taciri çox, mərhuma Yasin oxuyar,
Ölünün sahibinə qurdurub ayin oxuyar. Bir məzarlıqda oyun, hoqqa verənnən demirəm, Təhsil almış hacı Surxay, hacı Şahin oxuyar. Nə eşitmir, nədə görmür canı çıxmış ölüdür, Ali təhsilli adam mərhuma təlqin oxuyar! Oxuyur molla ərəbcən ki, girin odda yanın* Mərhumun oğlu ürəynən necə amin oxuyar! Mollanın mərdliyi yoxdur mənə batil deməyə, Gəl çıxıb minbərə nadanlara batin oxuyar. Bu əsərdən sora onlarda hünər zad qalmaz, Mollanın elmini cırdım mənə nifrin oxuyar. Mən Anar arxayınam təb mənə Xaliqdəndir, Mənə kim şübhə duyar niyyəti çirkin oxuyar. Müəllif: Anar Əhəd * Yasin surəsi 63. Bu sizə və´d olunan Cəhənnəmdir! 64. Kafir olduğunuza görə bu gün girin ora, yanın! |
Qurgusu çox gözel şeirdi usta
Qelemin susmasın
_____________________________Salam gecen xeyir