Mehdi
Gözlənilən gəlmiyəcək gözləmə nadan kimi,
Zülmə təfəkkür ilə üsyan elə insan kimi. Siz kişisiz, yoxsa qadın? Ar eləyin ad gedir, Ağlamayın ər itirən yasdakı nisvan kimi, Mehdi üçün ağlayanın əcri savabdır deyən, Ömrü saraylarda sürər xan kim, sultan kimi. Harda yazılmış çəkəsən Mehdi üçün intizar? Bir de görüm qaynağı var mənbəyi Qur’an kimi? Sən canı Nur əlli beşi eyləmə bayraq ələ, Ayə imamnan ki, danışmır həcü Qılman kimi. Ayə bu, "iman eliyib yaxşı əməllər edən, Yer üzünə hakim olar" bir gün Süleyman kimi. Sizsə qılınc, atlı olan bir mələfə baş gəzib, Arzulayırsız çıxacaq Məkkədə aslan kimi. Ayə nişan eylədiyi bəndələrindən olun, Fəth eliyin, fateh olun, ali müsəlman kimi. Muəllif: Anar Əhəd |