Riba
Riba yeyən biri Allah edən ima kimidir,
Səbəb, alış – verişə söyləyər riba kimidir. Xuda ticarəti etmiş həlal, ribanı həram, Ayırd edib yenə inkar edən gəda kimidir. Nədir riba? Yeni dövrun sələm və faizidir, Adında fərqi görüb verməyin rəva kimidir. Sələmlə, faizə əsla riba deyil deyənin, Ürəkdə möhrü olub, nəfs ona Xuda kimidir. Ribanı məhv edərəm söyləyir İlahi bizə, Gələn gəlirdə səvab yox, əsən səba kimidir. Anar, açınca savaş Rəbbə qarşı, zalimə mən, Əlində can verərəm, həq ölüm ziya kimidir. Müəllif: Anar Əhəd |