Bakcell
Bakcell - Azərbaycanda ilk mobil rabitə xidməti göstərən şirkətdir
Hər ay yeni bir hoqqa verir millətə Bakcell Arsız kimi bir ad da qoyur qarətə Bakcell. Millət yaşıyır bir tikə cırmaqladığıynan, Baksel də soyur milləti qırmaqladığıynan. Heyvan qazanır ruzini caynaqladığıynan, Bax vəhşi təbiətdə olan adətə Bakcell! Hər ay yeni bir hoqqa verir millətə Bakcell. Zəng eyləmişəm söyməyə, nöç rəğbət umursan? Bilməm nə deyim, ad da qoyum, izzət umursan. Sən haqqımı qarət eliyib hörmət umursan? Layiq olasan öncə gərək hörmətə, Bakcell! Hər ay yeni bir hoqqa verir millətə Bakcell. Xalqın dilinə düşmə, qoyub ad taxacaq xalq. Səbrin sonu var hövsələdən tez çıxacaq xalq. Sən xalqı soyassan dayanıb lal baxacaq xalq? Hər müştəri əlbət söyəcək qeyrətə, Bakcell! Hər ay yeni bir hoqqa verir millətə Bakcell. Qarət eliyən kəs necə millətni düşünmür, Bilsin ki, bu millət onun izzətni düşünmür. Hər kim ki, soyur xalqını, qeyrətni düşünmür, Aiddi bu şe’rimdə olan söhbətə, Bakcell! Hər ay yeni bir hoqqa verir millətə Bakcell. Müəllif: Anar Əhəd |