Hüsen deyən dillərin cəsarətin görmədim
Hüsen deyən dillərin cəsarətin görmədim,
Hüseynə bənzər nişan, əlamətin görmədim. Şəhidlərin örnəyin şüar edib çəkməyin, O yolda var mənfəət, məlalətin görmədim. İmamə şagird olub, yezidlərin zülmünə, Üsyan edən bir kəsin şəhadətin görmədim. Əsir olub şahlığa imam ücün ağlayan! Baxıb imam ömrünə əsarətin görmədim. Uyub özünnən keçən, Məhərrəmin qan ola! Cəhalətin heç zaman şərafətin görmədim. Əziyyətin artırar, əzab verər bilməmək, Ömür alar, zay edər səadətin görmədim. Məhərrəmin ətrini deyib durur mollalar, Tərin iyinnən uyub, təravətin görmədim. Mənim namaz qılmağım, ibadətim Rəbb üçün.* Bu ayətin sizlərə dəlalətin görmədim. Nəyin verim örnəyin, nəyin çəkim bənzərin, Bu cəhlə yetməz Anar, kifayətin görmədim. * Ənam 162 Müəllif: Anar Əhəd |