Ay nurunu gizlətmə canım zülmət olanda
Ay nurunu gizlətmə canım zülmət olanda
Et lütfünü qəlbimdə mənim möhnət olanda. Ömrüm o qədər sirlərə şam tək əriyib ki, Səbrim daha yetmir yeni bir hikmət olanda. Qəm içrə keçən qırx ilimə fayda olarmı, İndən belə dünya evimiz cənnət olanda? Qur’anda baxıb elçilərin fərqinə vardım, Musalığı seçdim onu tək fitrət olanda. Musa kimi öz fikrimi aşkar demişəm mən, Allah tərəfindən belə, hər hiddət olanda. Bir mö’minin heç göməmişəm Xaliqə ərzin, Səbrin yerinə şükr eliyər zillət olanda. Eyyubluğu tərk etmədi ümmət, ey Anar, sən! Musalığı göstər yenə hər fürsət olanda. Müəllif: Anar Əhəd |