Yar ömrümü verdim sənə ehsan dəyərində
Yar ömrümü verdim sənə ehsan dəyərində,
Qaytar geri sünbül kimi yüz can dəyərində. Zindanə düşən Yusifə dünyanı verərsən, Dünya yaşadarsan mənə zindan dəyərində. Ey rəhmi bütün aləmə dastan kimi yarım! Nolar verəsən dərdimi dərman dəyərində! Eyyub kimi səbrin sonu Musa kimi oldu, Heç olmasa qalsın yenə iman dəyərində. Aşiq mənə göstər sənə öz ömrünü versin, Olsun mənə bənzər kimi qurban dəyərində. Heç incimə bənzər mənə peyğəmbərin olmaz, Mən ömrümü verdim sənə Qur’an dəyərində. Uğrunda fədakar olanın qəmdimi əcri? Bu hikməti ölçüm necə vicdan dəyərində? Bəs şairə qəm, qüssə verərkən düşünürdün, Bir gün çıxaram qarşına dastan dəyərində?! Bəlkəmdə Anar, niyyəti yarın budu qəmlə, Şair yaradır aləmə insan dəyərində. Müəllif: Anar Əhəd |