Haqqı çoxluqda görüb haqlı bilən kütlələrik
Haqqı çoxluqda görüb haqlı bilən kütlələrik,
Dildə Allah deyərək şirk eliyən zümrələrik. Çoxu kafir, çoxu fasiq, çoxu müşrik deyilən, Yazılan, anlaşılan, həm yaşanan ayələrik. Yerisək axsıyarıq, üzməyə getsək batarıq, Avarı zahidə vermiş sürülən lötgələrik. “Həci qaşdır,həci gözdür.” yeri ərşin yeridir, Ona bir kəlmə deyən olsa əgər iynələrik. Nə zəhər var yığaraq molla soxub beynimizə, Başının arxasına zəhri yığan gürzələrik. Bu səbəbdəndi ilanlar kimi düşmən görürük, Əqli dolğun görünən insana kəc bəndələrik. Ey Anar, gəl bizə əş’arını şamil eləmə, Biz ağılnan tükü tükdən ayırıb incələrik. Müəllif: Anar Əhəd |