Ay çatıb 1 Ramazan molla münəccimlik edir
Ay çatıb 1 ramazan molla münəccimlik edir,
Ay bitibdir yenə göylərdədi, xadimlik edir. İçinizdən Ramazan aya yetən tutsun oruc* Ayə aydan danışır, mollasa zalimlik edir. Hərənin sən’əti öz sahəsi, öz elmi olub, Bu isə astıronomlar kimi alimlik edir. Gərçi din xadimi olmaq nə zaman sən’ət olub! Və haçandan bu qədər molla müəllimlik edir? Hansı əbləh məni bir molla üçün təqqir edir, Bunu bilsin Anarın səbri mülayimlik edir. * Bəqərə 185 Müəllif: Anar Əhəd |