Tuturam dinsizi Qur'an üzünə
Tuturam dinsizi Qur’an üzünə,
Qırc olur baxmağa Furqan üzünə. Yazacam haqqı kəlam nəzmimdə, Əsəbindən vuracaq qan üzünə. Tanrı insandakı vicdandı deyən! Tüpürüm mən elə rəhman üzünə. Rəbbi inkar elə vicdan dəmi vur, Sora çıx fəxr ilə insan üzünə. Yox olan xanədə vicdanmı olar? Bu üzün bənzədi şeytan üzünə. Hələ istehza edib islam üçün, Ölçərək baxma müsəlman üzünə. Bil ki, insan ilə din ölçülməz, Atma gəl çirkabı ümman üzünə. Dini axmaqla tutan, axmaqsan! Baxma aqil kimi nadan üzünə. Əsl mö’minlə qiyas et özünü, Nə üçün vurmadı iman üzünə? Bu sifətnən yol alıb məhşərə get, Baxmasın Xaliqi-Sübhan üzünə. Can sənindirsə cəhənnəm də Onun, Yenə lə’nət ola peşman üzünə. Müəllif: Anar Əhəd |