Xums
Dinə hardan calanıb beşdə birin pay versin?
Şiəliknən dolanıb beşdə birin pay versin. Nə deməkdir qənimət anlamayan dinsizlər, Ağ yalançun inanıb beşdə birin pay versin. Ayənin* hökmü döyüşdən yığılan paydandır, Mollalardan yaranıb, beşdə birin pay versin. Molla altında qadın siğələsin kef çəksin, Füqəra pul qazanıb beşdə birin pay versin. Həm də öz mafiyasın xums ilə gücləndirsin, Qara ümmət talanıb beşdə birin pay versin. Nə gözəl dindi bu din müctehidin xurcununa, Hər müqəllid usanıb beşdə birin pay versin. Anarın qəlbinə ikrah gətirir bi’dətiniz, Ürəyim day bulanıb beşdə birin pay versin. Müəllif: Anar Əhəd *Ənfal surəsi ayə 41 |