Eşq
Eşq aşiqi qiymətli edər, olsa əgər eşq.
Məcnun eləməz əqlini göstərsə dəyər eşq. Dövranda həzər eylədiyim ardıma düşdü, Bundan da qaçarkən yaşadım ağu qədər eşq. Can, candan olan canə tikan batsa sızıldar, Eşq ömrümü yıxmış, talamış, bu nə təhər eşq?! Hər əsri dolandın neçə əfsanə içində, Çatdıqda mənim əsrimə öldünmü məgər, eşq?! Sən yoxsa ki, şair qələmindənmi doğuldun? Susqun dayanıb baxma cavab haqqımı vər, eşq! Zehnimdə iki nöqtəni etdinsə giriftar, Yor əqlimi, sıx ruhumu axşam və səhər, eşq! Keçdim çilələrdən yenə gəldim səni tutdum, Girməz Anarın mə’nəvi dünyasına hər eşq. Müəllif: Anar Əhəd |