Qəzəl - Saqi mey ver yenə bu qəlbi bezar eylədilər.
Saqi mey ver yenə bu qəlbi bezar eylədilər,
Hələ azmış kimi də aləmi dar eylədilər. Vaizin hökmü gülüş mənbəyi etmiş dinimi, Mən sevən dilbərimin rahını xar eylədilər. Dərə, dağ qoymadılar tutdular üz şirkə tərəf, Onun hacət qapısın pir, məzar eylədilər. Püşk atanlar kimi bəxtin sınıyar ayə açar, Nə oyunlar çevirib haqqı qumar eylədilər! Qapaz altında yatan tövrünü* hardan qanacaq? Haqqı qurban eliyib Mehdi şüar eylədilər. Day usandım, bu qədər saqi! Yoruldum bəs edər, Mənə onlar üzü xislətlə kənar eylədilər. Ey Anar, səbr elə gəl, əhdini xatırla bu gün! Geri dönmək nədir, yaz! Bəlkə də ar eylədilər. Müəllif: Anar Əhəd * Rəd surəsi ayə 11 |
Şair bir insan böyle içten yazılan bir şiir okudumu daha da şairleşiyor...
.................................................... Saygı ve selamlar..