Satirik qəzəl
Ey bizim Sabirimiz, insan həmən insandı!
Molla sən vəsf eliyən, nadan həmən nadandı. “Hərə Qur’ana verir istədiyi mə’nanı” Yenə halət belədir, Qur’an həmən Qur’andı. “ Deməz Allah iki mənalı sözü qullarına” O deməz, amma ki, gəl böhtan həmən böhtandı. Hansı üznən səni yad eyliyir ol kəslər ki, Yalayır molla əlin, nöqsan həmən nöqsandı. Üləma, müctehidin molla ilə fərqi nədir? Dəyişən rütbə olur, şeytan həmən şeytandı. Qələmim haqqı yazannan mənə Sabir dedilər, Fərqimiz varsa əgər, ümman həmən ümandı. Anaram, Xaliqi Qur’an ilə yad eyləyərəm, Ölərəm mən desələr iman həmən imandı. Müəllif: Anar Əhəd “” Dırnaq içində yazılan misralar M.Ə.Sabirindir |
1 Haziran 2019 Türk Milletine mutluluk sunsun…
Gününüz hayırlı olsun…
.................................................... Saygı ve selamlar..