Gördüm gəldim
Gecə getdim yuxuya məhşəri gördüm gəldim.
Hər əməllər yazılıb, dəftəri gördüm gəldim. Bir şəhidlik sözü atdın neçə övlad qırdın, Sənə hiddətlə baxan əsgəri gördüm gəldim. Sinənin üstü qızıl qan, bədənin cırmaq izi, Səni boğmaq diləyən madəri* gördüm gəldim. Bəyaz əmmamə açılmış dolanır boğmaq üçün, Alovun içrə yanan minbəri gördüm gəldim. Bir müqəllid tanımır hökmünə uyduqlarınız, Üləmalarda olan peykəri* gördüm gəldim. Ateistəm deyərək göylə gedən insanlar! Hey ölüm arzulayan kafəri gördüm gəldim. Öyünüb ayəni təkzib eliyən zırramalar! O sizin aliminiz əntəri gördüm gəldim. Nə günah eyləmisiz heç biri inkar olmur, O şəhadət gətirən əlləri gördüm gəldim. Müəllif: Anar Əhəd * -- Madər – Ana / -- Peykər – Üz |
İlhamınız coşkulu, gönlünüz heyecanlanmış…
.................................................... Saygı ve selamlar..