Bəsdi Allah, bizə hər zalimi sultan etdin!
Bəsdi Allah, bizə hər zalimi sultan etdin!
Ona dünyadə olan var gücü ehsan etdin. Onu yandırmaq üçün bir alovun atəşinə, Nə qədər insanı, məzlumları qurban etdin. Sanki, dəryadə balıq ovlayanın bir yemiyik, Bizi öz qırmağına yemli soxulcan etdin. Bizi bir iblisə qurban eləmək yetmədiki, Özümüzdən olan iblislərə imkan etdin?! Bu qədər zilləti bir it yaşamaz biz yaşarıq, Yetər artıq bu qədər dövrü pərişan etdin. Varlının heç iti zillət yaşamır, kef yaşayır, Bizə itdən də betər dövranı dövran etdin. İndi səbrin, şükürün səhv edən insanları gör, Deyəcəklər ki Anar, səndəmi üsyan etdin? Bir təfəkkür ki dəyişmir ona zillət yaraşır, Sən də Allah bu yaşam tərzinə fərman etdin. Müəllif: Anar Əhəd |
Emeğine yüreğine sağlık
_____________________________Selamlar