Şiələrin yordu məni ya Əli!
Qəbrinə hönkürtü vurub ağlaram,
Şiələrin yordu məni ya Əli! Naleyi fəryadımı vursam çölə, Silkələnər dərdimə dünya, Əli! Mən bu qədər yanmaz idim rahına, Həqqə könül olmasa şeyda, Əli! Şiələrə haqqı deyəndən bəri, Düşməninəm fərz ilə hətda, Əli! Xaliqimin möhrünə yetməz gücüm, Pərdəni cırsın necə misra, Əli! Anlamıram şiələrin verməyin, Şəlpə papaq mollaya mə’na, Əli! Hər cürə əfsanə duyub uydular, Harda yazılmışdısa imza Əli. Yar Anarın eşqinə həq verməsə, Etməz idim şe’rimi inşa, Əli! Müəllif: Anar Əhəd |