Nə təbəssümdü bu oğlum sənə asandı bura?
Nə təbəssümdü bu oğlum sənə asandı bura?
Fərəhin yox yeri dünya evi zindandı bura. Sənə xoş gəlmisən övlad demək istər ürəyim, Kədərim vermədi imkan, alışıb yandı bura. Səni on səkkiz ilə mən böyüdüm dövlət ala, Adı dövlətdi onun gərçi özü xandı bura. Otuz ildir bu ömür səltənətin qurbanıdır, Yeni Firon nəsilin dövrüdü çoxdandı bura. O qədər əcnəbi bizdən yığaraq var aparır, Hər arıq eşşəyə kef yaylağı, ehsandı bura. Təkcə xalqın yaşamaq haqqı ölüb ölkəmdə, Yaşayan canlı məzarlıq kimi ünvandı bura. Sənə dünya deyərək mövzunu hardan demişəm, Ah, balam ah, vətənün Azəribaycandı bura! Məllif: Anar Əhəd |
derin duygular yüklü anlamlar içinde çok harika bir paylaşımdı dost kutlar esenlikler dilerim...