Mərceyi – təqlid
Mərceyi – təqliddi bu, dində müşavir qoyan.
Ayəni təhrif edib, isminə təfsir qoyan. Fitrə, zəkat yığdılar görmədi ümmət fəqir, Bəs kim alıb, kim yeyib? – Mollanı müxbir qoyan. Kimdi soyan xalqımı, kimdi alan əqlini? Xalqa imamnan deyib ruhuna tə’sir qoyan. Hansı imam eyliyib dində ticarət? - Desin, Yasini dollar görüb, məscidə tacir qoyan. Mərceyi – təqlid budur! İndi görən hardadı? Yeddi il bundan qabaq şe’rimə təqqir qoyan! Başla Anar yazmağa haqqı görən yol tapar, Olmadı dərs ümmətə, yetmədi Sabir qoyan Müəllif: Anar Əhəd |