0
Yorum
5
Beğeni
5,0
Puan
415
Okunma

Mərceyi – təqlidi zənn et yekə bir tut ağacı,
Boyu hündür, kökü sağlam əkə bir tut ağacı.
Budağı molla, axund üstü bəhər zənn eliyək,
Nuş edən cahili etmiş təkə bir tut ağacı.
Ağ tutun, qarə tutun ləzzəti çoxdur əlbət,
Gərçi yol üstünü eylər ləkə bir tut ağacı
Qonşumuz şeyx ilə əsdirdi külək, verdi məsaj,
Sözün altında yatır mə’rəkə bir tut ağacı.
O müqəllidlərə Allah eləsin haqqı əyan,
Hərə mərdanə ürəydən sökə bir tut ağacı.
Anara Xaliqi lütf etdi qələm haqqı desin,
Hər yolun üstə aşırdım çökə bir tut ağacı.
Müəllif: Anar Əhəd
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.