Mən həniflərlə müsəlman oldum
Əlinin şəninə əş’ar yazdım,
Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. Əlinin rahı dedim həq yoldur, Sünnülərçün şiə e’lan oldum. Şiənin məzhəbinə ayə dedim, Daş qalaq etdiyi şeytan oldum. Sünnülər halı görüb çıxdı həyan, Onların qəlbinə mehman oldum. Bu səfər haqqı dedim sünnülərə, Qovulub iblisə şayan oldum. Yamıyım əqlüvüzə yunnu keçə, Sizə duşman necə asan oldum! Xaliqin ayələrin nəzm etdim, Həq sevən bəndəyə dərman oldum. Molla qur’ani deyər firqə salar, Eşidib yer ilə yeksan oldum. Mənə qur’ani baxanlar bilsin, Mən həniflərlə müsəlman oldum. Müəllif: Anar Əhəd |