Qəzəl - Yaraşarmı?
İsminlə vuran qəlbimi üzmək yaraşarmı?
Üzdün deyəlim, bəs onu əzmək yaraşarmı? Yusif neçə il, ay yaşamış zindan həyatın? Ondan daha artıq mənə dözmək yaraşarmı? On dörd ili aldın, otuzunnan demirəm heç, İmanı olan bəndəyə bezmək yaraşarmı? Mən halımı iman ilə tutdum, dadı bəlli. Bundan sora mey camına süzmək yaraşarmı? Hər bir çətinin ardına asan deyən Allah! Hər cür qəmi təsbeh kimi düzmək yaraşarmı? Öz dərdimi nitqim ilə açdım sənə ya Rəbb! Agah olana bir qapı gəzmək yaraşarmı? Sənsiz Anarın qəlbin atan anımı gördün? Bu qəlbimə məhv olmağı sezmək yaraşarmı? Müəllif: Anar Əhəd |