Nədir?
Ey üzü nur gülsabah!* Boş yerə töhmət nədir?
Şairə təkfir nədir, şə’nimə lə’nət nədir?! Siğə edib keyf elə, gəl məni mürtəd çıxar, Hökmüvə kirtək vurum, ah bu ədalət nədir?! Ərz elədim mollaya ayəni ibrət misal, Düşdü qotur saqqala, bilmədi hikmət nədir! Gah çıxarır təsbehin, gah qaşıyır saqqalın, Gah da çıxış axtarır, qaçmağa fürsət nədir? Eyləmə üstündə yük, saqqaluva vur düyün, Yüz dənə yan – yanə düz, təsbehə hacət nədir? Haqqı deyən mən olum, üstünü örtən sən ol, Sonra da kafər çıxım! Düşdüyüm halət nədir? Sən ki, bilirsən Anar, haqq ilə batil nədir, Eşq ilə vəsfin qılıb, şərh elə ayət nədir! Müəllif: Anar Əhəd * -- Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül |
Akıcı bir şiir gördüm dizelerde…
.................................................... Saygı ve selamlar..