1
Yorum
4
Beğeni
5,0
Puan
501
Okunma
Alimlərivün şərhinə ürfani baxırsan,
İnsan kimi yox, onlara yezdani baxırsan.
Məzhəb adı qəlbimdəki imanə yaraşmır,
Sən hansı ağılnan mənə Qurani baxırsan?
Möhkəm yapış ipdən bizə Allah buyurarkən
Din parçalayan kəslərə ruhani baxırsan.
Məzhəb yolu seçmişlərə Qur’anda cəza var
Hərdən açaraq ayəni cismani baxırsan?
İyrənc görünən özgələrin hökmünə lağ – lağ.
Öz alimivün hökmünə insani baxırsan.
Lağ – lağ nədi, cin şeytana oxşar deyə vəsf et.
Öz cinlərivün hüsnünə nurani baxırsan.
Gəl sən də Anar, mövzunu çox dartıb uzatma,
Onsuzda bu məzhəblərə sən fani baxırsan.
Müəllif: Anar Əhəd
-----------------------------------------
* Ali – İmran surəsi ayə 103, 105
5.0
100% (1)