Güc üçün can atanın məqsədi sərvətdə olar
Güc üçün can atanın məqsədi sərvətdə olar.
Özü qəflətdə olar, xalqısa zillətdə olar. Talayar millətinin haqqını qarətdə olar. Özünün zənn eliyər, hər şeyə fürsətdə olar. Cismi işrətdə olar, ruhusa möhnətdə olar. Gözünün görmədiyi bir qara zülmətdə olar. Unudar Rəbbini ki, sonda qiyamətdə olar. Canlı, cansız sıxılan hər nə ola məhv olacaq. Dağılar cansız olan, canlısa ruhən solacaq. Oturub səbr edəcək ki, nədi iman qalacaq! Kasanın yırtığı yoxdur və nəhayət dolacaq. Çıxacaq meydana üsyan ilə haqqın alacaq. Axı insan nə qədər ömrü səfalətdə olar! Bir gün millət bezərək sənlə ədavətdə olar! Çıxacaq vəd eliyən cəlb olacaq diqqətimiz. Xoş şüarlar adı altında coşar cürətimiz. Bərələn gözləri heyrətdə qoyar vəhdətimiz. Yeni rəhbər seçilər hasil olar niyyətimiz. Əli hər şeydən üzülmüş füqəra millətimiz. Yerüvə göz dikənin cızdığı bir xətdə olar. Sənə düşmən kəsilər kin ilə nifrətdə olar. Yuxulu xalqımızın bənzəri var xəzri, yelə. Ayılıb tam oyanan an dönəcək güclü selə. Bu gücə qarşı çıxan olmadı dünyadə hələ. Sonu heç yaxşı deyil ölkəmizin, qalsa belə. Xalqı çək eşq ilə ətrafına müdrüklik elə. Rəhbərin həm gücü, həm sevgisi millətdə olar. Dağa söykənməyənin ömrü xəyanətdə olar. Müəllif: Anar Əhəd |
Tebrik ederim ve yürekten kutlarım…
.................................................... Saygı ve selamlar..