Qəzəl
Zahid elə dəm vurdu ki əfsanələrinnən,
Nəfsin meyi tərk eylədi meyxanələrinnən. Kim verdi nişan Yusifi könlün ona qondu, Yandın gecələr nuruna pərvanələrinnən. Az – maz ağılın var idi meyxanədə qoydun, Oldun yalan eşqin dəli – divanələrinnən. İman eliyib neyləmisən bəxtəvər oğlu? Seçmir ürəyin məscidi bütxanələrinnən. Şirk əfvini Allah kimə etmiş sənə etsin? Qaldır meyi meyxanədə məstanələrinnən. Bəlkəm sənə meyxanələrin faydası oldu, Öyrənmə bu əl öpməyi fərzanələrinnən. Ya gəl Anarın rahına Allah yolu tut sən, Ya qal helə meyxanədə həmxanələrinnən. Müəllif: Anar Əhəd |
Şiiri yürekten kutlarım…
Şiir sevilsin, şiir okunsun, şiir yazılsın…
.................................................... Saygı ve selamlar..