Zəmanə
Olsa üzün tazə qiyafətdə, zəmanə!
Könlümə yox fərqi səfalətdə, zəmanə! Sən nə oğullar qoparıb torpağa verdin, Yox səni tək kimsə xəyanətdə zəmanə! Dinsizi elm əhlinə, aqillərə bənzər, Müslimi yıxdıqca cəhalətdə zəmanə. Qeyrəti sil, insafı boğ, vicdanı öldür, Olmamısan böylə hərarətdə zəmanə! Mə’nəvi hər bir şeyi al qoyma bəşərdə, Olma bu aləmdə ləyaqətdə, zəmanə! Cismi satan fahişələrdən nədi fərqin? Şam kimi hər gün əri işrətdə zəmanə! İnsana qorxub demədim, hər şeyi qəsdən, Üstünə yıxdım bu siyasətdə, zəmanə! Müəllif: Anar Əhəd |