Biri Sabirdən, biri məndən
Tanrı bir şəxsə ki, dünyasını dünyadə verər,
Payı olmaz o kəsin axirətin badə verər.* Kim ki, aşiqlik edər zəhrini qəmnən yedirər, Kim ki, biganə olar ömrünü azadə verər. Onu xatırlayanın əcrini misqal, misqal, Onu yad etmiyənə hər şeyi çox sadə verər. Fəqirə bircə qarın əppəyi daşdan çıxarar, Tox olan zənginə var dövləti amadə verər. Harda bir cəhli sevən, var eləyən kütlə ki var, O yerə əqli xərəb pullu əsilzadə verər. Bizi bir nəfsdən icad eliyən Rəbb özüdür,* Gərçi insan əməlindən Ona ifadə verər. Müəllif: Anar Əhəd |