Mən bu cahanda var olan şah əsərəm, ilahiyəm.*
Mən bu cahanda var olan şah əsərəm, ilahiyəm.
Həqqə dəlil, nişanəyəm həm dəyərəm, ilahiyəm. Kainatın genişliyi ayələrin həqiqəti, Varlığının şəhadəti bir bəşərəm, ilahiyəm. Tanrı deyil ilahiyəm, şirkə yasaq, mənahiyəm, Xilqətinin səlahıyam, qul, nökərəm, ilahiyəm. Mən nə qədər dərin bilim, elmi verən, bilən Odur, Hər şeyi Xaliqim bilir bixəbərəm, ilahiyəm. Mən deyiləm tüfeyli ki, ayə mənə misal ola, Haqqı deyən yeganəyəm, namı ərəm ilahiyəm. Darvinə həq verən bəşər! Əntərisən təkamülün? Mən ona razı olmaram, bəxtəvərəm ilahiyəm. Həq qəzəlim düşündürər əqli yorar qarışdırar, Mən Anaram, sizin kimi bir nəfərəm, ilahiyəm. Müəllif: Anar Əhəd * İlahi - Allaha məxsus olmaq |