Etdikcə fəda canımı cananıma yandım
Etdikcə fəda canımı cananıma yandım,
Açdım tutulan gözlərimi canıma yandım. Yarın sözünün əksini söylər yaşananlar, Bihudə görüb hər şeyi hər anıma yandım. Eşqində inam bağlamağın zəhrini çəkdim, Ömrüm boyu qəmxanədə imanıma yandım. Nə ayrıla bildim, nə vüsalə yetə bildim, Düşdüm bu qərarsızlığa fərmanıma yandım. Eşqin gözü kor, səhvini qoymaz görə aşiq, Nifrətlə cırıb pərdəni nöqsanıma yandım. Nifrət də təfəkkür dəyişib zehni yıxarmış, Zehnimdəki tə’sir ilə dövranıma yandım. Yarım mənə verdikcə qəmi səbrimi verdim, Yandıqca Anar, hər səfər ehsanıma yandım. Müəllif: Anar Əhəd |