Yuxu
Gecə gördüm dəyişən ölkəmi cənnət yuxuda,
Bəşərin gözləri parlardı səadət yuxuda. Bir fərəhdən doğulan ayrı gülüşlər gördüm, Hərə bir – bir üzə sürtür qara sərvət yuxuda. Atalar, həm analar, körpə uşaqlar sevinir, Nəyi almışdı görən, şad idi millət yuxuda? Sağa baxdım, sola baxdım, hara etdimsə nəzər, Yaşayan yox idi bir kimsə səfalət yuxuda. Yuxumun bir yeri var tam yadıma düşmür o yer, Elə bil ləğv eliyir vergini dövlət yuxuda. Yenə görsəm belə rö’ya qalaram komada mən, Oyadıb çiynimi tərpət sənə zəhmət yuxuda. Eh, Anar eh! Nə qədər ayə* deyən rəhbər yox, Belə şeylər olar ancaq bizə qismət yuxuda. Müəllif: Anar Əhəd |