Hər gecə
Saçlarının rənginə zülmət qarışır hər gecə,
Ay üzünün nuruna nisbət yarışır hər gecə. Səbrimi məndən qoparıb gözləri ağlar qoyub, Göz bəbəyin almağa həsrət çalışır hər gecə. Hiss edirəm, qəlbimə ilham eliyir eşqimiz, Sirrimi kimnən bölür afət danışır hər gecə. Qəm şığıyır üstümə düşmən kimi ruhdan salır, Çarəsi yoxdur deyə qismət barışır hər gecə. Barı mənim könlümü xoş tut belə gündüzləri, Qəlbimi incitmə ki, möhnət yapışır hər gecə. Görməmisən, bilməmisən, halımı məndən soruş, Mən də deyim bax necə xiffət alışır hər gecə. Bəsdi, yetər, at ürəyindən qəmi ayrıl Anar, Çıx xəzərin seyrinə millət yığışır hər gecə. Müəllif: Anar Əhəd |
Duyguların anlatımı ve kurgusuyla iyi…
.................................................... Saygı ve selamlar..