Ya mövla, ya Mehdi
Nə zamandır səni üzmüş zühurun dərdi – səri.
O bulağdan süzülən qətrələrin yox qədəri. Ya Əbəlfəzl denən at ürəyindən kədəri. Görəcəksən ki, gəlir Mehdi qapından içəri. Bax, əgər gəlməsə heç üzmə ümid aç səhəri. Və səhər gəlməsə mütləq edər axşam səfəri. Səhər axşam, səhər axşam cümədir müxtəsəri. Uca səsnən ona səslən, sənə etsin nəzəri. Çağır o şahı çağır. Çəkərək ahı çağır. Qoparıb vahı çağır, Çağır o şahı çağır.. Hərdən Allahı çağır.! Qıl namaz, bir də fərəcdən oxu həm eylə məram. Ki həmin an eliyir diqqəti hər yerdə imam. Mən qulam, sən də qulam həm o da Allaha qulam. Xaliqin bəndəsi Xaliqlə tutar eyni məqam? Bu cəhalət dənizin dalğası udmuş çox adam. Onu Qur’anla yenib etməlisən əqlüvə ram. Ya özün mehdi olub anmalısan haqqı tamam. Ya da nadanlıq edib sürməlisən ömrü avam. Çağır o şahı çağır. Çəkərək ahı çağır. Qoparıb vahı çağır, Çağır o şahı çağır.. Hərdən Allahı çağır.! Müəllif: Anar Əhəd |