İmamə namə
- Nə yazırsan yenə şair, qələmin çartdamasın?
- Yazıram hacətimi namələrə qurtdamasın. - Nə edəssən? – deyirəm də ürəyin partdamasın. Quyu var sizdə, atıb ən dərinə. Yetişər Mehdimizin məhzərinə. - Sənə gəl başqa yolun ərz eliyim kamına çat. O imam məzarların bir kərə gör çək salavat. Yazılan namələri bir məzarın üstünə at. Çıxacaq namə imam qənşərinə. Qəti şəkk eyləmə həq bənzərinə. - Bu imamın imeyil* adresi yoxdur görəsən? Nə lüzum namə üçün pul tökəsən, yol gedəsən? Girib internetə bir düymə sıxıb göndərəsən. Yetə tez Xaliqimin yavərinə. O da baxsın ürəyin dərd sərinə. - Səni mən anlamadım dost, eliyirsənmi lağa? Bəs bayaq hacətini sən ki, yazırdın varağa. Hansı it dişlədi durdun belə tərsdən ayağa? Uyaraq bir dəli şeytan şərinə, Çıxaraq qarşı cahan sərvərinə, Elədin lağlağı din rəhbərinə. Yoxsa, qoydun məni axmaq yerinə? Müəllif: Anar Əhəd -------------------------------------- * E-mail (elektron poçt ünvanı) |