Razılıq
Sabirin varlığı dönməz qəti bundan sonra.
Mənə kimdir eliyən cür’əti bundan sonra? Kişinin yoxluğu əmmamə uçurdub mənə çox, Oxuyum ruhuna min rəhməti bundan sonra. Zalımın oğlu yatan xalqı oyatmış necə də.. Yatırım birdə gərək ümməti bundan sonra. Qara millətdi, cəhalətdə boğulsun getsin. Mən yığım altıma var dövləti bundan sonra. Ataram ortalığa batini, tez fırladaram Haqqıma qarşı çıxan ayəti bundan sonra. Binəvalıq daşın atdım edərək cahilə tuş, Tutacaq tutmayacaq qisməti bundan sonra. Hara qoysam bu mübarək qədəmi pir edərəm, Çarəsizlərdə dilər hacəti bundan sonra. Nə gözəldir, belə islamə fəda can edərəm, Dəyişən olmasın heç adəti bundan sonra. Nə sataşmaq, ələ salmaq ada bax, hörmətə bax, Ola bilməz üzə ağ söhbəti bundan sonra. Avamın ağzı nədi bir sözümü üç eləsin, Yerə düşməz ağanın qüdrəti bundan sonra. Day ölürsən, sənə zəhmət məni əzrailə de, Gəlməsin tez, tapıram rahəti bundan sonra. Bu gediş Xaliqə xoşdur, O da əskik eləməz, Yer üzündən bərəkət, ne’məti bundan sonra. Müəllif: Anar Əhəd |