Nə halaldır, nə haramdır.
Əli dostum! bu gülabdır.
Müctehiddəndi, kitabdır. Bax, sualdır və cavabdır. Oxu öyrən nə savabdır, Nə halaldır, nə haramdır. Hələ gəl səbr elə bir an. Vəli dostum, sənə qurban. Tələsib eyləmə nöqsan. Axı söylər bizə Quran, Nə halaldır, nə haramdır. Qulağım ayəyə kardır. Başımın ölçüsü vardır. Yəni Quran mənə dardır. Bilmərik biz nə qərardır. Nə halaldır, nə haramdır. Sən özün əqlüvə düşman, Olacaqsan sora peşman. Oxuyub ayeyi - Quran, Düşünüb bilməli insan. Nə halaldır, nə haramdır. Zamanın nəbzinə uyğun. Müctehid hökmüdü qanun. Eliyirsə məni məmnun. Nöş edim beynimi yorğun. Nə halaldır, nə haramdır. Şəriət hökmünü alim, Verə bilməz ola hər kim. Hökmə tək Tanrıdı hakim. Gəl olaq hökmünə təslim İstəsən doğrunu hərgah. Və qüsurlar ola islah. Gəl edim mən səni agah. Deməyin söyləyir Allah. Nə halaldır, nə haramdır. Müəllif: Anar Əhəd Nəhl surəsi ayə 116 Dillərinizin yalandan dediyinə əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız. Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar. |