0
Yorum
1
Beğeni
5,0
Puan
576
Okunma
Gel oruc tutki, ürək iblisə mail eləməz.
Orucun şərtini hər kim bilə zail eləməz.
Bunu bil cinsi yaxınlıq onu hasil eləməz.
Gel ki, sünnət yerini keçməsə batil eləməz.
Nədi, nolub ki? Müqəllid buna heç dil eləməz.
Nə gülürsən.? bu İran mollasının ayəsidir,
Açılan molla zavod firmasının ayəsidir.
Bu nə arvad, de, oğuldur, ya xoruzdur, ya fərə?
Böyüdüb bəslədiyim ad – sanımı vurdu yerə.
- Kişi, var çarəsi gəl düşmə qəti qəm kədərə.
Dəyişək cinsini arvad eliyək getsin ərə.
O imam naibi həm hökmünü vermiş bəşərə.
Nə gülürsən.? bu İran mollasının ayəsidir,
Açılan molla zavod firmasının ayəsidir.
Dəstəmaz almağı öyrətmək üçün mollapapaq,
Bir kitab çap eliyib Allah aman, üç yüz varaq!
Onu cahil oxusa əlbət olar dindən uzaq.
Baş tutub qaçmalıdır, eyləmədən zərrə maraq.
Cəmi bir ayədə aydın eliyir şərhini Haqq.
Nə gülürsən.? bu İran mollasının ayəsidir.
Açılan molla zavod firmasının ayəsidir.
Kimə zahirdə əcaib gələ fətva dəyəri,
O adam şərhinə çün hali deyil, yox xəbəri.
Baxıram şərhinə fətva sayılırmış nəzəri.
Gəl əməlnən o haramdır, qadağan müxtəsəri.
Onu kim etsə sapığdır, sapığın beş betəri.
Nə gülürsən.? bu İran mollasının ayəsidir,
Açılan molla zavod firmasının ayəsidir.
De Anar de, belə haqsızlığı heç örtmək olar?
Süd əmər körpə uşaqnan nələri etmək olar!
Kəbinin varsa əgər o körpəyə sürtmək olar.
Tövbə Allah, bu nədi, sürtmək olar, dürtmək olar!
Bu şəriətdə olannan haracan getmək olar?
Nə gülürsən bu İran mollasının ayəsidir.
Açılan molla zavod firmasının ayəsidir.
* - Maidə surəsi ayə 6
Müəllif: Anar Əhəd
5.0
100% (1)