Qəzəl - Görünməz
Şeytan bəşərin düşməni zahirdə görünməz,
Qəlbin duya təkfir elə, təkfirdə görünməz. Xaliq sənə açmış qapı Ondan dilə insan! Bax gör nə kəramətdi dua, pirdə görünməz Müşrikləri iblis kimi xislətdə görərsən, İman nuru mömindədi, kafirdə görünməz. Yoz ayəni, ey qəlbi xəbis nəfsinə uyğun, Sağlam ağıla həq kimi təvsirdə görünməz. Allah özünü vəsf eliyən tək Onu vəsf et, Allah özü bir sirr kimidir, sirr də görünməz. Çox şənimə tərif dedilər, Yarə sığındım. Qəflətlə təkəbbür gələ təqdirdə görünməz. Hər kəs oxuyar dərk eliyər əqlinə uyğun, Lakin Anarın niyyəti təhrirdə görünməz. Müəllif: Anar Əhəd |