Nə işin var?
Millət necə tarac olur olsun nə işim var ?!
Düşmənlərə möhtac olur olsun nə işim var ?! ____________________Mirzə Ələkbər Sabir Nəzirə_____ İslam dağılır məhv olur olsun, nə işin var.? Alimdə olan səhv, olur olsun, nə işin var.? Vurduqca təfəkkür, ağılın zəncirə insan, Qurandan uzaq, dəf olur olsun, nə işin var.? Mən zənciri qırmaq üçün atdım yeni bir ox, Quran deyərək bağlanasız cəhd elədim çox. Şair! qulağın dinc və başın dincdi, gözün tox, Gəl əfv dilə, alim mələk imiş, xəbərin yox. İslam dağılır məhv olur olsun, nə işin var.? Alimdə olan səhv, olur olsun, nə işin var.? Sənsən mənə dəstək bilirəm ey ulu Rəhman. Hərdən sıxılan qəlbimə istər bu könül can. Cəm eylə mənim üç nəfər ətrafıma insan, Bir mənəvi dəstək verələr, can Sənə qurban. İslam dağılır məhv olur olsun, nə işin var.? Alimdə olan səhv, olur olsun, nə işin var.? Allah qoru imanımı şeytanlar içində. Heç qoyma tükənsin, qara zindanlar içində. Tanrım məni qoydun elə nadanlar içində, Bildim nə çəkirmiş Əli* insanlar içində. İslam dağılır məhv olur olsun, nə işin var.? Alimdə olan səhv, olur olsun, nə işin var.? Müəllif: Anar Əhəd |