YOX, BELƏ DÜNYANI İSTƏMİRƏM MƏN
Bilmirəm dünyanın nə savaşıdı bu,
Gözlərdən tökülən nə yaşıdı bu? Dünya savaş üçünmü, Yoxsa daş baş üçünmü?.. Yox, belə dünyanı istəmirəm mən. Gül-çiçək gözəllik üçündür anam, Göz yaşından çiçək bitirir sonam. Əllər əldən üzülür, Yerə çiçək düzülür. Yox, belə dünyanı istəmirəm mən. Görmək istəyirəm gülən üzləri, Hər yerdə görürəm qəmli gözləri. Sözlərim qırıq-qırıq, Dodağım yarıq-yarıq. Yox, belə dünyanı istəmirəm mən. Oxumaq istəyirəm bir şən nəğməmi, Silmək istəyirəm gözlərdən nəmi. Qəfil səsdən diksinən, Qorxudan yerə sinən Qardaş-bacım, Çılpaq-acım... Yox, belə dünyanı istəmirəm mən. İstəyirəm dünyanı şirin nəğmələr dolu, İstəyirəm həyatda ola ədalət yolu. İstəmirəm haqqımı Parçalayıb dağıdan Dünyada qolu zorlu. Qaçqın, köçkün naləsi, Didərginin "HAQQ" səsi Qulağımı dalayır, Ürəyimi talayır. Yox, belə dünyanı istəmirəm mən, İstəmirəm mən!!! |
Güzel şiirdi kutlarım şairi yüreğine sağlık.
SAYGIMLA