İLAHİ
Bu necə yaşamdı, bu necə dövran,
Gündüzlər zülmətə döndü İlahi. Sənin yaratdığın azad dünyada, Gözəllik çırağı söndü İlahi. Şeytan hakim olub meydan oxuyur, Bu virus adamlar vərəm toxuyur. İndi havalar da çirkab qoxuyur, Millətin qüruru sındı İlahi. Dünyanın özünü əsir ediblər, Bütün insanları yesir ediblər. Kainat işinə təsir ediblər, Sanki qiyamətdi, sondu İlahi. Hamı bu halətdən əzab çəkir çox, Əflatun qəm yeyib, iştahası tox. Daha nə ləzzəti, nə də tamı yox, Həyat gözümüzdə dondu İlahi. |