XƏBƏRSİZ
Yenə başım üstə oynayır tufan,
İçimdə alışan közdən xəbərsiz. Yolları bağlayər bir tüpü boran, Saldığım cığırdan, izdən xəbərsiz. Hava tutqunlaşıb, yaman qar tökür, Gül-çiçək bağçamda qanqallar əkir. Məni çınqıllığa, daşlığa çəkir, Qarşıda görünən düzdən xəbərsiz. Əflatun, zəmanə badaq dolayır, Çaqqallar, tülkülər quyruq bulayır. Bu qış önümüzdə meydan sulayır, Gəlməyə tələsən yazdan xəbərsiz. |