AYNADAN GƏLƏR
(Təcnis)
Hər qapı döyənə açma qapını, Ağıllı yerinə ay nadan gələr. Həyasız, sırtıqdan nə gözləyəsən? Qapını bağlasan aynadan gələr. Nahaq kədər tökür sənin üzün də, Hər şeyin səmti var yerin üzündə. Elə nöqsan gəzmə gözəl üzündə, Nöqsan sınıq olan aynadan gələr. Fələk hər sevinci başa gec ələr, Qəmsiz harda gəldi, orda gecələr. Gözüm pəncərədə, yatmır gecələr, Əflatun, nurlanar ayna, dan gələr. 29.09.2023. |