PAYIZ DÜŞÜNCƏSİ
Payızdır, ağaclar tökür yarpağı,
Qurumuş otlar da yerə yapışır. Elə bil illərlə görüşməyənlər İndi həsrət ilə təzə tapışır. Bu payız qəlbimi üşüdür mənim, Sinəmdə nisgilli duyğu oyanır. Ağacdan hər qopan o sarı yarpaq İndi yorğun kimi yerdə dayanır. Bizim ömrümüz də belədir əlbət, Gənclikdə ilhamla dağ aşacaqdır. Ömrün payızında ixtiyarlaşıb, Axırda torpağa qovuşacaqdır. |