GEDƏSƏN
Bu dünyanın arxasına təpiyi
Bir tutarlı vurub, qaçıb gedəsən. Oğru, quldur yuvasıdır sinəsi, İç üzünü belə açıb gedəsən. Fürsət tapan salır qardaşı dərdə, Qalmayıb mərhəmət, insaf bu yerdə. Desələr ki ədalət var göylərdə, Qanad alıb quşdan, uçub gedəsən. Dəliydimmi, çox alışdım oduna, Hüseynoğlu salmaz bir də yadına. Dünya adlı bu veranın adına Çox yoğun bir cızıq çəkib gedəsən. 26.09.2024. |