ÜZ GÜLƏ
Üzü nurlu bir mehriban olasan,
Dillənəndə dodaq gülə, üz gülə. Qəlbi təmiz, saf ürəkli olasan, Ağızdakı kəlmə gülə, söz gülə. Söhbətini eşitməyə yarışa, Küsülülər səni görüb barışa. Yeriyəndə ləngərinə qarışa, Önündəki cığır gülə, iz gülə. Seyrə çıxıb vətənini gəzəndə, Allı-güllü çöl-çəməni süzəndə, Əl uzadıb çiçəkləri üzəndə, Qarşındakı təpə gülə, düz gülə. Əflatun da cavanlığı öyəndə, Pirə-piraniyə boyun əyəndə, Altımışda qocalıqdan deyəndə, Yaşa baxıb doxsan gülə, yüz gülə. |
Qelamine üreyine saxlık
Salamlar